Azərbaycanda 1 aprel 2022-ci il tarixinə olan göstəriciyə görə 142 883 mikro sahibkarlıq subyekti olub.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.
Bu mikro sahibkarlıq subyektlərinin 65%-i, yaxud 93 775-i Bakının, 6.9%-i Abşeron-Xızı iqtisadi rayonun və 4.3%-i Lənkəran-Astara iqtisadi rayonunundur.
| İqtisadi rayonlar | 01.04.2022-ci il vəziyyətinə mikro sahibkarlıq subyektlərinin sayı | Ümumi saya görə, %-lə |
| CƏMİ | 142,883 | 100 |
| Bakı şəhəri | 93,775 | 65.6 |
| Abşeron-Xızı iqtisadi rayonu | 9,911 | 6.9 |
| Lənkəran-Astara iqtisadi rayonu | 6,081 | 4.3 |
| Mil-Muğan iqtisadi rayonu | 4,586 | 3.2 |
| Şəki-Zaqatala iqtisadi rayonu | 4,100 | 2.9 |
| Gəncə-Daşkəsən iqtisadi rayonu | 3,819 | 2.7 |
| Şirvan-Salyan iqtisadi rayonu | 3,770 | 2.6 |
| Mərkəzi Aran iqtisadi rayonu | 3,734 | 2.6 |
| Quba-Xaçmaz iqtisadi rayonu | 3,679 | 2.6 |
| Qarabağ iqtisadi rayonu | 3,431 | 2.4 |
| Qazax-Tovuz iqtisadi rayonu | 2,755 | 1.9 |
| Dağlıq Şirvan iqtisadi rayonu | 1,719 | 1.2 |
| Naxçıvan Muxtar Respublikası | 894 | 0.6 |
| Şərqi Zəngəzur iqtisadi rayonu | 629 | 0.5 |







