2025-ci ilin avqust ayının sonuna Azərbaycanda biznes portfeli 15 milyard 91,8 milyon manata çatıb ki, bu da əvvəlki ilin sonu ilə müqayisədə 504,6 milyon manat və ya 3,5% artım deməkdir.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, artım əsasən orta və mikro sahibkarlıq subyektlərinin hesabına baş verib, iri sahibkarlıq portfeli isə azalmaqda davam edib.
İri sahibkarlıq subyektlərinin kreditləri 2025-ci ilin avqustunda 8 milyard 34,7 milyon manat təşkil edib, 2024-cü ilin sonuna nisbətən 262,6 milyon manat və ya 3,2% azalıb.
Orta sahibkarlıq üzrə kreditlər 2 milyard 137,1 milyon manat olub, bu da illik müqayisədə 303,1 milyon manat və ya 16,5% artım göstərir.
Kiçik sahibkarlığa verilən kreditlər 1 milyard 573,5 milyon manat səviyyəsindədir, 2024-cü ilin sonuna nisbətən 24,9 milyon manat və ya 1,6% artım müşahidə olunur.
Mikro sahibkarlığa verilən kreditlər isə 3 milyard 346,5 milyon manata çatıb ki, bu da illik müqayisədə 239,2 milyon manat və ya 7,7% artım deməkdir.