Azərbaycanda mikrobizneslərin sayı 200 minə yaxınlaşıb – Onlar nə iş görürlər?

2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycanda mikro sahibkarlıq subyektlərinin sayı 199 min 604-ə çatıb.

Banker.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, mikro sahibkarlıq subyektləri ölkədə fəaliyyət göstərən kommersiya təşkilatlarının 92,7%-ni təşkil edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına görə mikro sahibkarlıq subyektləri illik gəliri 200 min manatdan çox olmayan və orta hesabla 10 nəfərədək işçi çalışdıran sahibkarlıq subyektləridir.

İqtisadi fəaliyyət növləri üzrə ən çox mikro sahibkarlıq subyekti ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində qeydə alınıb. Bu sahədə 69 min 796 mikro sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bu da ümumi sayın 35%-nə bərabərdir.

Sonrakı yerlərdə digər sahələrdə xidmətlərin göstərilməsi (21 min 237 subyekt və ya 10,6%), tikinti (18 min 304 və ya 9,2%), peşə, elmi və texniki fəaliyyət (16 min 189 və ya 8,1%), inzibati və yardımçı xidmətlərin göstərilməsi (12 min 740 və ya 6,4%), emal sənayesi (12 min 477 və ya 6,3%) və kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (12 min 347 və ya 6,2%) qərarlaşıb.

Maliyyə və sığorta fəaliyyəti sahəsində isə 2 min 212 mikro sahibkarlıq subyekti fəaliyyət göstərir. Bu sahədə mikro sahibkarlıq subyektlərinin kommersiya təşkilatları içərisində xüsusi çəkisi 79,8% təşkil edib.

İqtisadi rayonlar üzrə bölgüyə əsasən, mikro sahibkarlıq subyektlərinin böyük hissəsi Bakı şəhərində cəmləşib. Paytaxtda 139 min 41 mikro sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bu da ölkə üzrə ümumi sayın 69,7%-nə bərabərdir.

Bakıdan sonra ən yüksək göstəricilər Abşeron-Xızı iqtisadi rayonunda (13 min 702 subyekt və ya 6,9%), Lənkəran-Astara iqtisadi rayonunda (6 min 899 və ya 3,4%), Mil-Muğan iqtisadi rayonunda (5 min 13 və ya 2,5%), Gəncə-Daşkəsən (4 min 796 və ya 2,4%) və Şəki-Zaqatala (4 min 777 və ya 2,4%) iqtisadi rayonlarında qeydə alınıb.

Ən az mikro sahibkarlıq subyekti isə Şərqi Zəngəzur iqtisadi rayonunda fəaliyyət göstərir. Bu iqtisadi rayonda 972 mikro sahibkarlıq subyekti qeydə alınıb ki, bu da ölkə üzrə ümumi sayın 0,5%-ni təşkil edir. Naxçıvan iqtisadi rayonunda isə bu göstərici 1 898 olub.

Fəaliyyət növləri Sayı Ümumi sayda payı, % Kommersiya təşkilatlarında xüsusi çəkisi, %
Cəmi 199 604 100,0 92,7
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 12 347 6,2 95,5
Mədənçıxarma sənayesi 1 006 0,5 84,8
Emal sənayesi 12 477 6,3 88,0
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 232 0,1 53,1
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 686 0,3 79,1
Tikinti 18 304 9,2 90,8
Ticarət; nəqliyyat vasitələrinin təmiri 69 796 35,0 93,1
Nəqliyyat və anbar təsərrüfatı 6 636 3,3 88,0
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 5 935 3,0 91,8
İnformasiya və rabitə 6 794 3,4 91,7
Maliyyə və sığorta fəaliyyəti 2 212 1,1 79,8
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 2 843 1,4 89,8
Peşə, elmi və texniki fəaliyyət 16 189 8,1 93,4
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 12 740 6,4 95,9
Təhsil 4 959 2,5 93,2
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 2 364 1,2 80,5
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 2 847 1,4 94,4
Digər sahələrdə xidmətlərin göstərilməsi 21 237 10,6 98,9

 

İqtisadi rayon Sayı Ümumi sayda payı, %
Cəmi 199 604 100,0
Bakı şəhəri 139 041 69,7
Naxçıvan iqtisadi rayonu 1 898 0,9
Abşeron-Xızı iqtisadi rayonu 13 702 6,9
Dağlıq Şirvan iqtisadi rayonu 1 938 1,0
Gəncə-Daşkəsən iqtisadi rayonu 4 796 2,4
Qarabağ iqtisadi rayonu 4 311 2,2
Qazax-Tovuz iqtisadi rayonu 3 355 1,7
Quba-Xaçmaz iqtisadi rayonu 4 211 2,1
Lənkəran-Astara iqtisadi rayonu 6 899 3,4
Mərkəzi Aran iqtisadi rayonu 4 487 2,2
Mil-Muğan iqtisadi rayonu 5 013 2,5
Şəki-Zaqatala iqtisadi rayonu 4 777 2,4
Şərqi Zəngəzur iqtisadi rayonu 972 0,5
Şirvan-Salyan iqtisadi rayonu 4 204 2,1
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər