9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda Milli Depozit Mərkəzinin dövriyyəsi azalıb

Milli Depozit Mərkəzində (MDM) bu ilin yanvar-fevral aylarında 524 əqd dövlət qeydiyyatına alınıb.

Report MDM-ə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 185 ədəd və yaxud 54,6% çoxdur.

İlk iki ayda qeydə alınmış əqdlərin 83,2%-i və yaxud 436-sı birjada, 8,6%-i və yaxud 45-i birjadankənar, 8,2%-i və 43-ü isə əlavə emissiya üzrə (ilkin bazarda) bağlanılıb. Əvvəlki ilə nisbətən birja əqdlərinin sayı 91,2% dəfə və yaxud 208 ədəd artıb, birjadankənar əqdlərin sayı 40,8% və yaxud 31 ədəd azalıb, əlavə emissiya əqdlərinin sayı isə 22,9% və yaxud 8 ədəd artıb.

Hesabat dövründə MDM-in qeydə aldığı əqdlərin ümumi dəyəri 1 277 263 985 manat olub. Bu, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 5,4% və yaxud 65 278 947 manat çoxdur.

Təhlil olunan dövr ərzində ümumi dövriyyənin 13,6%-i və yaxud 174 489 525 manatı birjada, 14,5%-i və yaxud 184 811 860 manatı birjadankənar, 71,9%-i və yaxud 918 962 600 manatı isə əlavə emissiya üzrə formalaşıb. Əvvəlki ilə nisbətən birja dövriyyəsi 2,1 dəfə və yaxud 91 017 191 manat, birjadankənar dövriyyə 69% və yaxud 75 470 989 manat artıb, əlavə emissiya dövriyyəsi isə 9,9% və yaxud 101 209 233 manat azalıb.

Bu ilin ilk iki ayında MDM 5 emitentlə müqavilə bağlayıb. Bu, ötən ilin analoji dövrü lə müqayisədə 44,5% və yaxud 4 vahid azdır.

Xatırladaq ki, MDM mərkəzi depozitar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsdir.

Son xəbərlər
Digər xəbərlər