“MSDIS HOLDING” MMC-nin 26 iyul 2024-cü il tarixdə keçirilmiş ümumi yığıncağında cəmiyyətin nizamnamə kapitalı hər səhmin nominal dəyərinin azaldılması yolu ilə 2 572 000 (iki milyon beş yüz yetmiş iki min) manatdan azaldılaraq 500 (beş yüz) manata endirilib.
Banker.az xəbər verir ki, bu barədə “MSDIS HOLDING” MMC-nin İdarə Heyəti məlumat yayıb.
Kreditorların yazılı tələbləri bir ay müddətində MMC-nin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 34 ünvanda yerləşən ünvandan qəbul olunur.
Xatırladaq ki, “MSDIS HOLDING” MMC 2020-ci ildə təsis edilib, onun qanuni təmsilçisi Mirfəyyaz Nağıyev Oktay oğludur.