2023-сü ilin yanvar-mart aylarında 925 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 486 ədəd çox (2.1 dəfə artım) minik avtomobili istehsal olunmuşdur.
Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 228 ədəd traktor istehsal olunub ki, bu da traktor istehsalının 82.4 faiz artmasıdır.
01.04.2023-cü il vəziyyətinə hazır traktorlar üzrə məhsul ehtiyatı 15 ədəd, minik avtomobilləri isə 813 ədəd təşkil edib.