11 C
Baku
Thursday, April 17, 2025

Azərbaycanda minik avtomobil istehsalı 2 dəfədən çox artıb

Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvar-mart aylarında 144.1 milyon manatlıq məhsul istehsal edilib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 20,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı
3,1 faiz artıb.

2025-сi ilin yanvar-mart aylarında 1302 ədəd və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 695 ədəd çox minik avtomobili istehsal olunmuşdur. 01.04.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 134 ədəddir.

Yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 25,3 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər