Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvar-fevral aylarında 93.2 milyon manatlıq məhsul istehsal edilib.
Banker.az DKS-ya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 22.4 faiz artmış, avtomobil, qoşqu və yarımqoşquların
istehsalı 35.1 faiz azalıb.
2025-сi ilin yanvar-fevral aylarında 467 ədəd və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 107 ədəd az (18.6% az) minik avtomobili istehsal olunmuşdur. Ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 30.4 faiz azalıb.