Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvarsentyabr aylarında 450,4 milyon manatlıq məhsul istehsal edilib.
Banker.az DSK-ya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 6,5 faiz artmış, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 24,9 faiz azalıb.
2025-сi ilin yanvar-sentyabr aylarında 2546 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1077 ədəd az (29.7% az) minik avtomobili istehsal olunub. Yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nasosların istehsalı 74.2 faiz artıb.