27 C
Baku
Friday, August 15, 2025

Azərbaycanda minik avtomobili istehsalı 9%-dən çox azalıb

Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvar-iyul aylarında 355,1 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 10,6 faiz artmış, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 12,7 faiz azalıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2025-сi ilin yanvar-iyul aylarında 2292 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 232 ədəd az minik avtomobili istehsal olunub.

Yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nasosların istehsalı 66,6 faiz artıb.

Son xəbərlər
Digər xəbərlər