22 C
Baku
Wednesday, May 22, 2024

Azərbaycanda minik avtomobili istehsalı artıb, traktor istehsalı azalıb

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ilin yanvar-iyun aylarında 260.2 milyon manatlıq məhsul
istehsal edilib.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2.8 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2.6 dəfə, maşın və avadanlıqların istehsalı isə 48.7 faiz artıb.

2022-ci ilin yanvar-iyun aylarında 1057 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 262 ədəd çox minik avtomobili istehsal olunub. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 12.5 faiz azalıb.

01.07.2022-ci il vəziyyətinə hazır minik avtomobilləri üzrə hazır məhsul ehtiyatı 478 ədəd, traktor üzrə isə hazır məhsul ehtiyatı 31 ədəd təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər