2019-cu ilin yanvar – iyun aylarında Azərbaycanda 1 112 ədəd minik avtomobili istehsal edilib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar – iyun ayları ilə müqayisədə minik avtomobili istehsalı 8,5 dəfə artıb.
2019-cu ilin Yanvar ayında 89 ədəd, Fevralında 87 ədəd, Martında 107 ədəd, Aprelində 153 ədəd, Mayında 490 ədəd, İyun ayında isə 186 minik avtomobili istehsal edilib.
01.07.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 264 ədəd təşkil edib. 01.06.2019-cu il vəziyyətinə də hazır məhsul ehtiyatı 297 ədəd təşkil etmişdi.
Ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdı. 01.01.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 193 ədəd təşkil etmişdi (yığılmış avtomobillərin 20%-i).
2019-cu ildə Neftçaladakı “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur. Bunu “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib. Plana görə, il 4 ayda “Khazar” avtomobil zavodu 1000 ədəd avtomobil yığmalı idi.
Bundan əlavə ölkədə Gəncə və Naxçıvan Avtomobil Zavodunda müztəlif növ avtomobillər istehsal olunur.
Qeyd edək ki, ölkəyə gətirlən minik avtomobillərin həcmi də kəskin artmaqla (iki dəfəyə yaxın) idxal miqdarı 16 965 ədəd təşkil edib, bunu DGK hesabatında bildirmişdi.