Cari ilin yanvar-noyabr ayları ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 259,2 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 38,7%, sair nəqliyyat vasitələrinin istehsalı isə 16,9% artıb.
On bir ay ərzində fəvvarə armaturunun istehsalı 88,4%, minik avtomobillərinin istehsalı 88,9%, yük avtomobillərinin istehsalı 99% azalıb, ştanqlı quyu nasoslarının istehsalı 42,1%, xüsusi təyinatlı kommunal maşınların istehsalı 2,1 dəfə, traktorların istehsalı 30% artıb.