21 C
Baku
Tuesday, September 16, 2025

Azərbaycanda minlərlə “iPhone” satılsa da, onların demək olar ki heç biri ABŞ-dən gətirilmir

2025-ci ilin ilk səkkiz ayında Azərbaycana gətirilən smartfonların idxalı 675,2 min ədəd, ümumi dəyəri isə 217,5 mln. dollar olan smartfon idxal olunub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövründə 433,2 min ədəd smartfon, 123 mln. dollarlıq idxal qeydə alınmışdı. Bu, illik müqayisədə say üzrə 56%, dəyər üzrə isə 77% artım deməkdir.

Orta qiymətə baxsaq, 2024-cü ildə bir smartfonun orta idxal qiyməti təxminən 284 dollar olub. 2025-ci ildə isə bu göstərici 322 dollar təşkil edib. Beləliklə, smartfonların orta idxal qiyməti 13% bahalaşıb.

Ən böyük pay Çinə məxsusdur. 2025-ci ildə Çindən 538,9 min ədəd smartfon gətirilib, dəyəri isə 165,9 mln. dollar olub. Bu, ötən illə müqayisədə say üzrə 63%, dəyər üzrə isə 87% artımdır.  Əlavə olaraq Uzaq Şərq ölkəsinin Azərbaycan bazarında payı 77%-dən 80%-ə yüksəlib.

İkinci yerdə olan Vyetnamdan ötən il 73,8 min ədəd (25,7 mln. dollar) smartfon idxal edilirdisə, 2025-ci ildə bu göstərici 128,1 min ədədə (47,3 mln. dollar) yüksəlib. Bu, say üzrə 74%, dəyər üzrə isə 84% artım deməkdir. Hindistandan idxal isə əksinə, azalıb – 25,9 min ədəddən 7,8 min ədədə düşüb, dəyər 5,9 mln. dollardan 4,3 mln. dollara geriləyib.

ABŞ-dan idxalda demək olar ki, dayanıb. Ötən il 2 061 ədəd (2,4 mln. dollar) gətirilmişdisə, 2025-ci ildə bu göstərici cəmi 1 ədəd olub. Maraqlıdır ki, Azərbaycan bazarında ABŞ markası “Apple”nin “iPhone” smartfonun mühüm paya sahibdir, lakin mənşə ölkədən cəmi 1 bir telefon idxal edilib.

Digər ölkələr üzrə isə müxtəlif tendensiyalar müşahidə olunub. Məsələn, Koreya Respublikasından idxal 4 ədəddən 230 ədədə qalxıb, Almaniyadan gətirilən smartfonların dəyəri isə bir qədər artaraq 6,2 min dollara çatıb. Eyni zamanda, 2024-cü ildə mövcud olan BƏƏ, Malayziya, Sinqapur, Tailand və Fransadan idxal 2025-ci ildə qeydə alınmayıb. Əvəzində İndoneziyadan idxal artıb – 75 ədəddən 110 ədədə.

 

Son xəbərlər
Digər xəbərlər