32 C
Baku
Tuesday, September 2, 2025

Azərbaycanda mobil cihazların bazar payı son 2 ayda 17 % azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 66,88 % təşkil edib.

“Statcounter” agentliyinin son hesabatına əsasən, bu, iyul ayına nisbətən 4,16 faiz bəndi, 2024-cü ilin avqust ayı ilə müqayisədə isə 5,91 faiz bəndi azdır. Beləliklə mobil cihazların bazar payı ardıcıl olaraq ikinci aydır azalır (ümumi azalma 17 % təşkil edib).

Kompüterlərin bazar payı aylıq 4,23 faiz bəndi, illik müqayisədə isə 6,15 faiz bəndi artaraq 32,44 % olub.

Avqustda planşetlərin bazar payı 0,69 % təşkil edib. Bu, iyul ayına nisbətən 0,06 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,23 faiz bəndi azdır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər