Azərbaycanda mobil internetin sürəti 100 Mb/s-yə çatıb

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” iyul ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin məlumatına görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 92,52 Mb/s, mobil internetin median sürəti isə 99,53 Mb/s olub.

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 9,43 Mb/s (11,35 %), mobil internetin sürəti isə 24,96 Mb/s (33,47 %) artıb.

İnkişaf etmiş şəhərlərin müqayisəsinə gəlincə isə iyulda Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 92,65 Mb/s, mobil internetin median sürəti isə 121,54 Mb/s olub.

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 9,28 Mb/s (11,13 %), mobil internetin sürəti isə 29,36 Mb/s (31,85 %) artıb.

 

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər