10 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda mobil internetin sürəti azalıb

Bu ilin may ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 32.17 Mbit/s təşkil edib.

Bu göstərici aprel ayı ilə müqayisədə 1.1% azalıb.

Cari ilin mayında ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti aprel ayının göstəricisi ilə müqayisədə 1% azalaraq 10.04 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti müvafiq olaraq 30.37 Mbit/s və 8.6 Mbit/s təşkil edib. May ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 141 ölkə arasında 4 pillə gerililəyərək 61-ci yerdə qərarlaşıb.
Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Norveç (129.4 Mbit/s), BƏƏ (124.89 Mbit/s) və Qətər (117.61 Mbit/s) daxil olub.

Reytinqə əsasən, bu ilin may ayında Azərbaycanda sabit genişzolaqlı internet trafikinin giriş sürəti 21.01 Mbit/s, çıxış sürəti isə 22.96 Mbit/s təşkil edib. Aprel ayı ilə müqayisədə giriş sürəti 3.6%, çıxış sürəti isə 4.8% artıb.

Bu ilin may ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 182 ölkə arasında (aprel ayında olduğu kimi) 118-ci yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Sinqapur – 209.21 Mbit/s, Çili – 206.97 Mbit/s və Tayland – 188.31 Mbit/s olub.

Bu ilin mayında qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 64.7 Mbit/s və 27.74 Mbit/s təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər