17 C
Baku
Wednesday, May 1, 2024

Azərbaycanda mobil operator bank bazarına girməyə hazırlaşır

Azərbaycanda mobil operator bank bazarına girmək niyyətindədir. Banker.az-ın məlumatına görə, bu dövlətin nəzarətində olan Azercell şirkətidir.

Şirkət, öz bank kartının buraxmağı planlaşdırır və hazırda onun üzərində iş gedir. Operatorun buraxacağı kart daha çox elektron ödənişlərin edilməsi, telefon balansının artırılması və digər elektron əməliyyatlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl Azercell-in ABB ilədə kobrend kartı olmuşdur. Lakin bu kart artıq mobil operatorun öz adı ilə buraxılacaq. Yeni kartın adı hələki “Rəqəmsal kart” olaraq təyin edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər