-1 C
Baku
Tuesday, February 25, 2025

Azərbaycanda mobil operator investisiyalarını ikiqat artırır

“Bakcell” 2017-ci il üçün sərmayə planı hazırlayıb. Bunu şirkətin baş icraçı direktoru Nikolai Bekkers bildirib.

“Sərmayə planı kifayət qədər ambisiyalıdır. Sərmayə planını bu yaxınlarda səhmdarlarımıza təqdim edəcəyik. Rəqəmi açıqlamasam da, deyə bilərəm ki, şirkətin gələn il yatırmağa planlaşdırdığı sərmayələrin həcmi builkindən 2 dəfə çoxdur. Bizim əsas strategiyamız müştərilərimizə ən yaxşı xidməti göstərməkdir. Bu səbəbdən biz Abşeron və Bakı ətrafında 4G şəbəkəsinin yaxşılaşdırılması üçün sərmayə qoyacağıq”, – deyə N. Bekkers bildirib.

APA

Son xəbərlər
Digər xəbərlər