İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,2 faiz artaraq 1618,6 milyon manat təşkil etmişdir ki, onun da 74,5 faizi əhali tərəfindən istehlak olunub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xidmətlərdən əldə edilən gəlirin 36,2 faizi və ya 585,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.