İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-
ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 7,4 faiz artaraq 2082,8 milyon manat təşkil edib ki, onun da 73,1 faizi əhali tərəfindən istehlak olunub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xidmətlərdən əldə edilən gəlirin 33,7 faizi və ya 702,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.