İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 14.7 faiz artaraq 2 258.5 milyon manat təşkil etmişdir ki, onun da 75 faizi əhali tərəfindən istehlak olunub.
Banker.az bu barədə rəsmi statistik göstəricilərə istinadən xəbər verir.
Belə ki, xidmətlərdən əldə edilən gəlirin 38 faizi və ya 859.2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdır.