2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda mobil operatorların gəlirləri açıqlandı – RƏSMİ

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023- cü ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 20.7 faiz artaraq 459.3 milyon manat təşkil etmişdir ki, onun da 71.2 faizi əhali tərəfindən istehlak olunub.

Banker.az  Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, xidmətlərdən əldə edilən gəlirin 37.8 faizi və ya 173.7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Ötən ilin eyni dövründə isə informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri 381.3 milyon manat təşkil etmişdir ki, onun da 76.3 faizi əhali tərəfindən istehlak olunmuşdur. Xidmətlərdən əldə edilən gəlirin 42 faizi və ya 160 milyon manatı isə mobil telefon rabitəsi sahəsində formalaşmışdır.

Son xəbərlər
Digər xəbərlər