İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 5.8% faiz artaraq 273.5 milyon manat təşkil edib.
Banker.az bu barədə rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, bu xidmətlərin 73 faizi əhali tərəfindən istehlak olunub.