Azərbaycanda mobil telefon abunəçilərinin sayı 2021-ci ilin göstəricisinə görə (2020-ci illə müqayisədə) 4.6% artaraq cari ilin yanvarın 1-nə 10 817.1 min nəfər təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Komitənin məlumatına görə, ötən ilin sonuna əhalinin hər 100 nəfərinə 108 mobil telefon abunəçisi düşüb ki, bu da bir il öncəki göstəricini 4 faiz bəndi üstələyir.
Qeyd edək ki, 2020-ci ildə ölkə üzrə mobil telefon abunəçilərinin sayı 10 344.3 min olub, nüfuz dərəcəsi isə 104% təşkil edib.