27 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanda mobil telefonlar bahalaşa bilər

Bu gündən etibarən artıq fiziki şəxslər tərəfindən səfər zamanı ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya elektron) formada gömrük orqanlarında bəyan edilməli olacaq. Belə ki, fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.

Bəs, bu hal ölkədə mobil telefonların qiymətinə necə təsir edəcək?

Məsələ ilə bağlı İT məsələləri üzrə ekspert Fərid Pərdəşünas bildirib ki, artıq fiziki şəxslər gətirdikləri yeni smartfonları gömrükdə bəyan etməli olacaqlar.

“Yeni qayda İMEİ kodun bəyan edilməsidir. Belə ki, kimsə ölkəyə öz üzərində mobil telefon gətirirsə, gömrükdə bəyan etməlidir ki, ölkə ərazisində istifadə edə bilsin. Bu günə kimi bəyan etmədən də ölkəyə smartfon keçirtmək olurdu. Bu gündən qüvvədə olan yeni qaydalara əsasən, vətəndaş öz üzərində gətirdiyi yeni smartfonu bəyan etməlidir ki, onu ölkəmizdə istifadə edə bilsin. Bu zaman vacib olan, telefonun İMEİ qeydiyyatının aparılmasıdır. Bunun üçün müəyyən qədər rüsum ödənilməlidir. Misal olaraq, smartfon 800 dolları keçirsə, sadələşdirilmiş bəyannamə doldurulur, gətirilən smartfonun dəyərindən 800 dollar çıxılır. Yerdə qalan məbləğin 36%-nə gömrük rüsumu hesablanır. Lakin bazarda xarici ölkələrdən smartfonları bu yollarla gətirib daha ucuz qiymətə satan mağazalar var. Onlar birbaşa gömrük rüsumundan qaçmaqla ucuz qiymətə telefonlar satırdılar. Ancaq ölkəyə rəsmi olaraq mobil telefon gətirən mağazalarda qiymətlər bahalaşmayacaq”, – o deyib.

Bazar iştirakçılarının verdiyi məlumata görə, bu qərardan sonra mobil telefon bazarında qiymət artımı gözlənilir.

“Artım isə telefonun marka və modelinə görə dəyişəcək. Belə ki, qiymət artımı 30-200 manat arasında gözlənilir. Əsas səbəb isə şəxsin xaricdən öz istifadəsi üçün gətirəcəyi mobil telefona görə əlavə rüsum ödəməli olmasıdır. Bu da olmayacaq. Buna görə də məcbur qalıb ölkə daxilində telefon almağa üstünlük verəcək. Bu səbəbdən də təklif artacaq”, – deyə mənbə qeyd edib.

MənbəTrend
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər