11 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda mobil telefonlardan POS-terminal kimi də istifadə edilə bilər

“Azərbaycan Banklar Assosiyası” (ABA) İctimai Birliyinin nəzdindəki işçi qrup “POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na təklif edilən əlavə və dəyişiklikləri Azərbaycan Mərkəzi Bankının nümayəndələri ilə birgə müzakirə edib.

Bu barədə ABA məlumat yayıb.

Məlumata görə, müzakirələr çərçivəsində əsasən yeni nəsil innovativ POS-terminal şəbəkəsinin formalaşdırılması və mövcud prosesin daha da təkmilləşdirilərək effektivliyin yüksəldilməsi üzrə əlavə və dəyişikliklərə toxunulunub. Təklif edilən dəyişikliklərə qabaqcıl ödəniş ekosisteminə malik ölkələrdə olduğu kimi mobil telefonlardan POS-terminal olaraq istifadə edilməsi və rəqəmsal ödənişlərin qəbul edilməsi də daxildir.

Son xəbərlər
Digər xəbərlər