İbtidai sinif üzrə müəllimlərin əməkhaqqı əvvəl 748 manat idisə, sertifikasiyadan sonra 1 167 manat olub.
Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlər əvvəl 841 manat maaş alırdısa, sertifikasiyadan sonra 1 355 manat, riyaziyyat fənni üzrə əvvəl 1 016 manat idisə, sonradan 1 407 manat, xarici dil üzrə 888 manat idisə, sonradan 1 342 manat olub:
“Bu artımlar vergilər də daxil olmaqla olan rəqəmlərdir”.
E.Əmrullayev bildirib ki, az bal toplayan müəllimlərə az saat verilir:
“Səbəb zəif nəticə göstərən müəllimlərin tədris prosesində çox olmamasıdır”.