Azərbaycanda iflas prosesində olan bankların aktivlərinin daha 4 il – 2025-ci ilin sonuna qədər vergidən azad edilməsi nəzərdə tutulub.
Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi – 2017-ci il yanvarın 1-dən 9 il müddətinə vergidən azad olunur. Hazırda həmin müddət 5 ildir.