Qarşılıqlı xidmətlər dövriyyəsinin 37.5%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların
payına düşür. Ümumi dəyəri 994.5 mln.$ olan nəqliyyat xidmətlərinin 61.6%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 612.6 mln.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 381.9 mln.$ təşkil edib.
Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 3.6%, idxalı isə 15.1% artıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2022-ci ilin I rübündə 230.6 mln.$-a (10.3% artım) yüksəlib (2021-ci ilin I rübündə 209.1 mln.$).