11 C
Baku
Monday, December 8, 2025

Azərbaycanda bu il nağdsız mənzil satışları ₼500 milyonu keçib

2025-ci ilin yanvar – noyabr aylarında Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi  30 milyon manata qədər yüksəlib.

Banker.az xəbər verir ki, ilin ilk 10 ayında qyed edilən ƏDV 28.26 milyon manat təşkil edib.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin qaydasına görə, fiziki şəxslər nağdsız ödənişlə (nağdsız formada) aldıqları yaşayış və qeyri-yaşayış sahələrinə görə ödədikləri ƏDV-nin 30%-i geri qaytarılır.

2025-ci ilin ilk 10 ayı üzrə rəqəmlərə baxdıqda ümumilikdə burada söhbət 94.2 mln manat nağdsız əməliyyatlar üzrə dövlətə ödənilən ƏDV-dən gedir.

Beləliklə, 18%-lik ƏDV-ni nəzərə alsaq, cari ilin ilk 11 ayında ümumilikdə 524 mln. manatlıq nağdsız əməliyyat dövriyyəsi olduğunu deməyə əsas verir.

 

Son xəbərlər
Digər xəbərlər