9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda nağdsız ödənişlər tarixi maksimuma çatıb

Azərbaycanda 2023-cü ilin may ayında elektron ticarətlə 3 mlrd. 97 mln. manatlıq və 826 mln. manatlıq POS-terminallarla nağdsız ödənişlər aparılıb, bu, ölkə tarixində qeydə alınmış tarixi rekorddur.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik rəqəmlərində qeyd edilir.

Bu öncəki aprel ayı ilə müqayisədə 22% artmış olub.

Qeyd edilir ki, 2023-cü ilin ilk beş ayında 12 mlrd. 618 mln. manat həcmində e-ticarətlə ödənişlər aparılıb və öncəki ilin eyni dövründə 5 mlrd. 882 mln. manat olduğunu nəzərə alsaq, bu, 2 dəfədən çox artımdır.

İlin ilk beş ayında 3 mlrd. 509 mln. manatlıq POS-terminallarla nağdsız ödənişlər aparılıb. Bu da illik 74%-dən yuxarı artımdır.

Xatırladaq ki, Azərbaycanda hökumət və eləcə də banklar nağdsız ödənişılərin artırılması üçün bir neçə stimullaşdırıcı addımlar atıblar.

Məsələn, hazırda nağdsız ödənişlər üzrə hökumət istehlakçılara 15%-lik keşbek imkanı (ƏDV geri al) və eləcə də banklar 1-5% arasında keşbek imkanı yaradır.

Son xəbərlər
Digər xəbərlər