13 C
Baku
Monday, March 10, 2025

Azərbaycanda nağdsız ödənişlərin həcmi 61% artıb

Azərbaycanda nağdsız ödənişlərin aparılmasında banklar tərəfindən emissiya olunan ödəniş kartları əsas ödəniş aləti kimi istifadə olunub.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik Rəqəmsal Ödənişlər İcmalında bildirilir.

Bununla yanaşı, elektron pul təşkilatlarının emissiya etdiyi kart əsaslı olmayan elektron pullardan və QR kod ödənişlərdən istifadə tendensiyası formalaşmışdır. 01.01.2025-ci il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 19.9 mln. ədəd təşkil etmiş, virtual kartlar istisna olmaqla ödəniş kartlarının 80%-i təmassız ödənişləri dəstəklənib.

2023-cü il ilə müqayisədə ödəniş kartlarının sayı 17.6%, o cümlədən 1 “Azərpoçt” MMC-nin xidmət şəbəkəsi nəzərə alınmaqla təmassız kartların sayı 23.5% artmışdır. Emissiya edilən ödəniş kartlarının 89%-ni (17.6 mln. ədəd) debet kartlar, 11%-ni (2.3 mln. ədəd) isə kredit kartları təşkil etmişdir. Eyni zamanda virtual kartların sayı 22.8% artaraq 1.9 mln. ədədə çatmışdır.

Dövriyyədə olan ödəniş kartlarının 9%-ni məhz virtual kartlar təşkil etmişdir. 2024-cü il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2023- cü il ilə müqayisədə 39% artaraq 122.9 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 61% artaraq 78.9 mlrd. manat olmuşdur.

Ölkədə ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşmüşdür. 2024-cü il ərzində elektron ticarət əməliyyatlarının sayı 2023-cü il ilə müqayisədə 83% artaraq 1,003.4 mln. ədəd,  həcmi isə 70% artaraq 66.5 mlrd. manat olmuşdur. Təsərrüfat subyektlərində 2024-cü il ərzində POS-terminallar vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2023-cü il ilə müqayisədə 49.3% artaraq 621.9 mln. ədəd, həcmi isə 25.4% artaraq 12.3 mlrd. manat olmuşdur. O cümlədən, 2024-cü il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2023-cü il ilə müqayisədə 49.6% artaraq 599.8 mln. ədəd, həcmi isə 29.1% artaraq 11.5 mlrd. manat olmuşdur. Aparılan təhlillər nəticəsində məlum olmuşdur ki, təsərrüfat subyektlərində quraşdırılan POS-terminalların sayının 1% artması, token əməliyyatlarının həcminin 3.9% artmasına təsir göstərir.

Son xəbərlər
Digər xəbərlər