19 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb

Azərbaycanda cari ilin yanvar-fevral ayları ərzində ATM və POS-terminallar vasitəsilə 168 mln. manat həcmində 2 414 min əməliyyat həyata keçirilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, nağdsız əməliyyatların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51 mln. manat və ya 43,6% artıb. Əməliyyatların 117 mln. manatı POS-terminallar, 51 mln. manatı ATM-lər vasitəsilə həyata keçirilib. Beləliklə, POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmində 53 mln. manat və ya 82,8% artım, ATM-lər vasitəsilə ödənişlərdə isə 2 mln. manat və ya 3,8% azalma qeydə alınıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər