Azərbaycanda cari ilin yanvar-may ayları ərzində ATM və POS-terminallar vasitəsilə ümumilikdə 424 mln. manat həcmində əməliyyatlar həyata keçirilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatında deylir.
Hesabata əsasən, nağdsız əməliyyatların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 130 mln. manat və ya 44,2% artıb.
Əməliyyatların 313 mln. manatı POS-terminallar, 111 mln. manatı ATM-lər vasitəsilə həyata keçirilib. Beləliklə, POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmində 139 mln. manat və ya 79,89% artım, ATM-lər vasitəsilə ödənişlərdə isə 9 mln. manat və ya 7,5% azalma qeydə alınıb.
Hesabata əsasən, cari ilin may ayında POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi əvvəlki ayla müqayisədə 2 mln. manat və ya 3,3% azalaraq 63 mln. manat, ATM-lə nağdsız ödənişlərin həcmi isə 9 mln. manat artaraq 26 mln. manat təşkil edib.