Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də Rəşad İsmayılovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rəşad Rafiq oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin”.