-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda nazirliklərin “YouTube”də abunəçisi nə qədərdir?

Nazirliklərin abunçə sayına nəzər salsaq, bəzilərinin sayı çox aşağıdır. Sıralama aşağıdakı kimidir: 

  1. Azərbaycan Təhsil Nazirliyi – 10231
  2. Azərbaycan Müdafiə Nazirliyi‎  – 9468
  3. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi‎ – 3288
  4. Azərbaycan Vergilər Nazirliyi‎ – 3277
  5. Azərbaycan Fövqəladə Hallar Nazirliyi‎ – 1901
  6. Azərbaycan Gənclər və İdman Nazirliyi – 563
  7. Azərbaycan Daxili İşlər Nazirliyi – 411
  8. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi – 368
  9. Azərbaycan Xarici İşlər Nazirliyi – 357
  10. Azərbaycan Səhiyyə Nazirliyi‎  – 248
  11. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 245
  12. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – 113
  13. Mədəniyyət Nazirliyi – 86
  14. Azərbaycan Ədliyyə Nazirliyi‎ – 27
  15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi‎ -20
  16. Azərbaycan Sənaye və Energetika Nazirliyi – 21
  17. Azərbaycan Maliyyə Nazirliyi‎ – 10

Yuxarıdakıları nəzərə alaraq qeyd etmək olar ki, ən çox fəallıq məhz Təhsil Nazirliyindədir. Bunu rəqəmlər deyir. Yutubda Təhsil Nazirliyi 1820 video yerləşdirib. 2-ci yerdə abunəçi sayına görə Müdafiə Nazirliyi olsa da, video yerləşdirmə sayına görə (1213 video) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Digərlərin video sayı 1000 aşağıdır. Bundan əlavə Nazirliklərin abunəçilərin sayı da çox ola bilər, yerləşdirdiyi videolar da, amma Nazirliklərin əməkdaşları sosial şəbəkələrdə də aktiv olsalar yaxşı olar. Misal üçün bəzi nazirliklər var ki, nazirin özünün ayda bir dəfə sosial şəbəkə vasitəsilə çıxış edib, sualları cavablandırsa daha çox abunəçi toplaya bilər, bununla da nüfuzu daha da, möhkəmlənər. Ümid edirəm ki, nazirliklərin əməkdaşları qeydimi nəzərə alıb, ayda ən azından bir dəfə sosial şəbəkədə və ya yutubda yerləşən səhifələrində bunu edəcəklər. 

rauf
Rauf Qarayev

Hazırladı: İqtisadçı – ekspert Rauf  Qarayev

Son xəbərlər
Digər xəbərlər