Azərbaycanda xam neft və qaz kondensatı hasilatı 2025-ci ildə də azalıb və son 15 ilin ən aşağı səviyyəsinə enib.
Banker.az xəbər verir ki, ötən il ölkədə 27 milyon 672 min ton xam neft və qaz kondensatı hasil edilib. 2024-cü ildə bu göstərici 29 milyon 52 min ton idi.
Beləliklə, neft hasilatı bir il ərzində 1 milyon 380 min ton və ya 4,8% azalıb.
Azərbaycanda neft hasilatı 2010-cu ildə 50,8 milyon tona yaxın idi. Sonrakı illərdə hasilat mərhələli şəkildə azalıb: 2015-ci ildə 41,6 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2023-cü ildə 30,1 milyon ton təşkil edib.
2025-ci ilin göstəricisi 2010-cu illə müqayisədə təxminən 46% aşağıdır.







