21 C
Baku
Tuesday, October 14, 2025

Azərbaycanda neft hasilatı 4.6% azalıb, əmtəəlik qaz hasilatı isə 2.8% artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında 47,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 1,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,8 faiz artıb.

Banker.az DSK-ya istinadən xəbər verir ki, sənaye məhsulunun 60,9 faizi mədənçıxarma sektorunda, 32,7 faizi emal sektorunda, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,6 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 2,8 faiz artmışdır.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 96,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 59,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 27,6 faiz, qida məhsullarının istehsalı 10,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 9,7 faiz, tütün məmulatlarının istehsalı 9,5 faiz, maşın və avadanlıqların istehsalı 6,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 5,6 faiz, neft məhsullarının istehsalı 0,4 faiz artmış, içkilərin istehsalı 3,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 5,7 faiz, tikinti materiallarının istehsalı 6,3 faiz, mebel istehsalı 6,8 faiz, hazır metal məmulatlarının istehsalı 8,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 11,7 faiz, geyim istehsalı 13,6 faiz, elektrik avadanlıqlarının istehsalı 14,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20,1 faiz, poliqrafiya məhsullarının istehsalı 22,3 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 24,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 26,7 faiz, kağız və karton istehsalı 26,8 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,8 faiz artmışdır.

Son xəbərlər
Digər xəbərlər