Azərbaycanda gələn il neft hasilatının həcminin 4.6 % azalacağı, əmtəəlik təbii qaz hasilatının həcminin isə 6.2 % artacağı nəzərdə tutulub.
Bu barədə Hesablama Palatasının “Büdcə zərfi”nə verdiyi rəydə bildirilir.
Sənəddə deyilir ki, neft-qaz sektorunda artım “mavi yanacaq” hasilatının artımı hesabına olacaq.