Azərbaycan 2023-cü ilin yanvar-may aylarında operativ məlumatlara əsasən neft-kondensat hasilatı 12.7 mln. ton, ixracı isə 10.6 mln. ton olub.
Banker.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
2022-ci ilin eyni dövründə Azərbaycanın neft-qaz hasilatı 13.9 mln. ton təşkil etmişdi. Bu da illik 8.6% azalmadır.
Bu dövrdə 3% artımla hasil edilmiş 20.2 mlrd. metr-kub qazın 10.3 mlrd. metr kubu ixrac olunub.
Ötən gün Energetika Nazirliyi bildirmişdi ki, 2023-cü ilin may ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 612 min barrel olub. Bunun 500 min barrelini xam neft, 112 min barrelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.
Yanvar-may aylarında operativ məlumatlara əsasən neft-kondensat hasilatı 12.7 mln. ton, ixracı isə 10.6 mln. ton olub. Bu dövrdə 3% artımla hasil edilmiş 20.2 mlrd.m3 qazın 10.3 mlrd.m3-i #ixrac olunub. pic.twitter.com/gTgANuI8GE
— Parviz Shahbazov (@ParvizShahbazov) June 13, 2023