5 C
Baku
Friday, January 17, 2025

Azərbaycanda neft hasilatı illik müqayisədə 8% azalıb, bu, ixraca da təsir edir

Yanvar-aprel aylarında operativ məlumatlara əsasən neft-kondensat hasilatı 10.2 mln. ton, ixracı isə 8.5 mln. ton olub.

Banker.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.

2022-ci ilin eyni dövründə neft hasilatının həcmi 11.1 mln. ton olduğunu nəzərə alsaq, hasilat 8.1% azalıb.

Hasilatın azalması ixraca da təsir edib. Ötən il 9 mln. ton neft ixrac olunmuşdu və bu illik müqayisədə 5.56%-ə yaxın enişdir.

Bu dövrdə 2.6% artımla hasil edilmiş 16.2 mlrd. metr-kub qazın 8.4 mlrd. metr-kub ixrac olunub.

Fv5z3tcXoAE1vpX

Son xəbərlər
Digər xəbərlər