9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda neft hasilatı üzrə pay bölgüsü açıqlanıb

2022-ci ilin yanvar-dekabr aylarında ölkədə 32,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, respublika üzrə neft hasilatının 20,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,8 milyon ton təşkil edib.

Hesabat dövründə 26,3 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 24,9 milyon tona yaxını konsorsiumun, 1,4 milyon tonu isə SOCAR-ın payına düşür.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2023-cü il tarixinədək 607 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 567 milyon ton neft, “Şahdəniz”dən isə 40 milyon ton kondensat çıxarılıb. Bundan 1 yanvar 2023-cü il tarixinədək 605 milyon tondan çox ixraca nəql edilib.

2022-ci il ərzində ölkədə neftin emalı 6,2 milyon ton təşkil edib.

Son xəbərlər
Digər xəbərlər