4 C
Baku
Tuesday, December 24, 2024

Azərbaycanda neft-mədən avadanlıqlarının istehsalı ilə məşğul olan xarici şirkət bağlanır

“SPM Oil and Gas FZCO 1.” şirkətin Azərbaycandakı filialı ləğv olunduğunu elan edir.

Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96E, mənzil 2-ci mərtəbə Dentons Europe ünvanına bildirə bilərlər.

Qeyd edək ki, SPM Oil and Gas neft-mədən avadanlıqlarında istifadə olunan məhsulların, o cümlədən fırlanan mexanizmlərin istehsalı və təmin edilməsi xidmətləri, avadanlıq və maşınların layihələndirilməsi, quraşdırılması, istismarı, sınaqları, təmiri, yoxlanılması və fırlanan mexanizmlərin ehtiyat hissələrinin istehsalı ilə məşğul olan şirkətdir.

“SPM Oil and Gas FZCO 1.” şirkətin Azərbaycandakı filialı 2010-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Elnur Qulamovdur.

 

Son xəbərlər
Digər xəbərlər