“Petrochem Group” MMC və “Petrochem Performance Products” MMC şirkətlərininin ümumi xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb.
Banker.az xəbər verir ki, bu barədə yekunlaşdırılmış konsolidasiya edilmiş maliyyə hesabatlarında bildirilir.
Şirkətin 2023-cü il üçün ümumi gəliri illik müqayisədə 1.29 milyon dollar və ya 10.5% azalma ilə 11.01 milyon dollar təşkil edib. Bu da 2022-ci ildə 12.3 milyon dollar olmuşdu.
Satışların maya dəyəri 2022-ci ildə 7.94 milyon dollar olduğu halda, 2023-cü ildə 7.096 milyon dollara düşüb ki, bu da 10.7% azalma deməkdir.
Bütün bu dəyişikliklər nəticəsində ümumi mənfəət 2023-cü ildə 3.911 milyon dollar olub, bu göstərici 2022-ci ildə 4.358 milyon dollar idi, yəni 10.2% azalma müşahidə olunub.
2023-cü ildə 2.074 milyon dollar olub, 2022-ci ildə isə 2.411 milyon dollar idi. Bu, 14% azalma deməkdir.
Şirkətin 2023-cü ildə isə 1.95 milyon dollar xalis mənfəət əldə edib. Bu, 114% artım deməkdir. 2022-ci ildə 909 min dollar olub.
Xatırladaq ki, “Petrochem Qrup” MMC “Petrochem Performance Products” MMC-nin səhmlərinin 51%-nin sahibidir.