Azərbaycanda neftin emalı 2022-ci ilin yanvar-iyun aylarında 2,7 mln. ton təşkil edib, bu da illik müqayisədə 18,2% azdır.
Bu barədə Energetika Nazirliyi məlumat verib.
Məlumata görə, ötən ilin müvafiq dövründə ölkədə 3,3 mln. ton neft emal edilib.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı.