6 C
Baku
Sunday, December 15, 2024

“Azərbaycanda neftin qiyməti ilə bağlı risklər var”

“Venesuelada baş verən hadisələrin neftin qiymətinə qısa, orta və uzunmüddətli dövrdə fərqli təsirləri müşahidə olunacaq. Qısa müddətli dövrdə neftin dünya bazarındakı qiymətində cüzi artımlar olub. “Brent” markalı neftin bir barelinin qiymətində 1 dollaradək artım nəzərə çarpıb”.

Dünyada baş verən proseslərin neftin qiymətinə təsirlərini Sputnik-ə şərh edən iqtisadçı-alim Vüqar Bayramov belə deyib. O, orta və uzunmüddətli dövrdə baş verə biləcək təsirlərdən də danışıb: “Orta və uzunmüddətli dövrdə ABŞ və digər inkişaf etmiş ölkələrin proqnozları, yaxud da istəkləri reallaşarsa, yəni Venesuelada hakimiyyət dəyişərsə, o zaman neftin dünya bazarındakı revazer qiymətində kəskin enmələr olacaq. Nəticədə “Brent” markalı neftin hər barelinin qiymətində 50 dollaradək azalma olacaq. Nəticə etibarilə neft bolluğu artacaq”.

“Venesuela neft ehtiyatlarına görə dünyada birinci olsa da, hasilata görə ilk 10-luğa daxil ola bilmir. Ehtiyatları böyük olsa da, Venesuela bundan istifadə edə bilmir. Bu ölkənin gündəlik olaraq neft hasilatı, təxminən 2.2 milyon bareldir. Bunun da səbəbi ölkəyə qarşı müəyyən sanksiyaların olmasıdır” – deyə V.Bayramov qeyd edib.

Alimin sözlərinə görə, neftin revazer qiymətinin aşağı düşməsi Azərbaycan üçün də arzuolunan deyil: “Bu amil dövlət gəlirlərinin və ölkəyə daxil olan valyutanın həcminin azaldılmasına səbəb olacaq. Nəticədə, 2019-cu ilə görə Azərbaycan neft satışları üzrə proqnozlaşdırdığı gəlirləri əldə etməkdə çətinliklə üzləşəcək”.

“Çünki büdcədə neftin bir barelinin qiyməti 60 dollar nəzərdə tutulub. Büdcə təhvil olunan zaman da biz bu qiymətlərin riskli olduğunu bildirmişdik” – deyə müsahibimiz vurğulayıb.

O, əlavə edib ki, Azərbaycandan fərqli olaraq bəzi neft ölkələri riskləri öncədən nəzərə alıb: “Bu səbəbdən bəzi neft ölkələri, xüsusən də öz büdcələrində qiyməti aşağı göstərməklə, bir növ, proseslərdən sığortalanmağa çalışıb. Məsələn, Rusiyada federal büdcədə neftin qiyməti 40 dollar təşkil edir”.

Son xəbərlər
Digər xəbərlər