Netflix, Zoom və ChatGPT üçün ƏDV qaydası dəyişib, artıq vergini bank deyil, platforma hesablayacaq.
Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili açıqlama verib.
Deputat bildirib ki, bu cür ödəniş qaydası istifadəçilərin platformalardan daha ucuz istifadə etməsinə gətirib çıxaracaq:
“Əslində bu qaydalar istifadəçilərin daha az ödəniş etməsinə gətirib çıxaracaq. Qaydalara görə Azərbaycanda ƏDV məqsədləri üçün qeydiyyatdan keçmiş platformalara edilən ödənişlərdə bank istifadəçilərdən ƏDV tutmur. Bu, istifadəçilər üçün ümumi aylıq ödənişin azalması deməkdir. İstifadəçilərin hesabından bank tərəfindən tutulan ƏDV məbləğini isə rəqəmsal platformalar artıq özləri ödəyəcəklər”.






