Azərbaycanda NEZ-in benzin və dizel istehsalı azalır – rəsmi

Azərbaycanda neft emalı zavodunun avtomobil yanacağı istehsalı 2026-cı ildə azalmaqdadır.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə ilk iki ayda benzin istehsalı 233,6 min ton təşkil edib. Bu da illik müqayisədə 9.8 faiz azalmadır.

Dizel istehsalı isə illik müqayisədə 27.2 faiz azalma ilə 383,2 min tona düşüb.

Benzin ehtiyatı 1 mart tarixinə 70,8 min ton olarkən, dizel istehsalı 183,4 min ton olub.

Bununla belə, DSK bildirir ki, neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 824,5 milyon manat olmaqla, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 18,4 faiz azalmışdır. Neft məhsullarından neft koksunun istehsalı 9,8 faiz artmış, neft bitumu istehsalı 15,9 faiz, ağ neft istehsalı 22,1 faiz, mazut istehsalı isə 70,4 faiz azalmışdır.

Son xəbərlər
Digər xəbərlər