21 C
Baku
Friday, October 11, 2024

Azərbaycanda niyə onlayn kreditləşmə niyə inkişaf etmir?

Müasir dövrümüzdə texnologiyanın inkişaf etməsi bir çoxlarının işlərini daha da asanlaşdırır. Bir çox sahələrdə olduğu kimi bu inkişaf bank sahəsi üzrə də özünü biruzə verir. Belə ki, hazırda bankların təklif etdikləri onlayn kreditləşmə də vaxt itkisini azaltmağa kömək olur.

Bildiyiniz kimi onlayn kredit ölkəmizdə yeni olaraq yaranıb və  hər an inkişaf etməkdə olan sahədir. Çünki, bir neçə il əvvəl daha az banka onlayn kreditləşmə tətbiq olunmasına baxmayaraq, hazırda bir çox banklarımızda bu mümkündür. Onlayn kredit xidməti banka getmədən istədiyiniz kredit üzrə sifariş vermək imkanı yaradır. Kredit almağa qərar verdiyiniz bankın saytına daxil olaraq, bir neçə dəqiqə ərzində, kredit sifarişi anketini doldurmalısınız. Antekdə sizdən tələb olunan bütün məlumatları daxil etməyiniz mütləqdir.  Müvafiq vaxtda isə bank sizin sorğunuzu cavablandırır. Lakin bu proses zənciri Azərbaycan şəraitində Mərkəzi Bankın tələblərinə əsasən tamamlanmır. Siz krediti yalnız onlayn sifariş verə bilərsiniz və sizin sonradan bank ofisinə yaxınlaşmağınız mütləqdir.

Bəs görəsən onlayn kreditləşmə ölkəmizdə nə dərəcədə inkişaf edib?

Digər ölkələr ilə müqayisədə isə onlayn kreditləşmənin ölkəmizdə o qədər də yüksək səviyyədə inkişaf etmədiyiniz görə bilərik. Hazırda ölkənin bankarında onlayn olaraq kreditləşmənin mümkün olmasına baxmayaraq, əhali o qədər də bu tip kreditləri əldə etməkdə tərəddüd edirlər.

Onlayn kreditləşmənin inkişaf etməməsində isə bir neçə səbəblər olar bilər.

İlk səbəblərdən biri Mərkəzi Bank ilə bağlı ola bilər. Çünki, Mərkəzi Bank müştərilərin banka gəlib sənədlərə imza atdıqdan sonra kreditin verilməsini tələb edir. Bu proses isə bankların ticarət mərkəzlərində müştərilərə xidmətlər təklif etməsindən sonra başlayıb ki, onlayn kreditləşmənin mümkün olmamasının dolayı səbəblərindən biri də demək olar ki, məhz budur.

Hazırda banklar müştəridən yalnız onlayn sifarişlər  qəbul edə bilər. Yəni onlayn kreditləşmənin məntiqi artıq bu mərhələdən başa çatır. Daha sonra isə müştəri ilə əlaqə saxlayaraq uyğun vaxta banka dəvət edirlər.

Onlayn kreditləşməsinə inkişaf etməməsinə səbəb olan məsələlərdən biri də müştərilərin kredit tarixçəsi (MKR) ilə bağlı gedən proseslərdir. Hazırda kredit əldə edə bilmək üçün bank mütləq şəkildə həmin müştərinin kredit tarixçəsini yoxlamalıdır. Bank kredit tarixçəsini yoxlamaq üçün isə müştəridən icazə almalı və müştəri müvafiq sənədlərə imza atmalıdır. Bu prosesi isə onlayn olaraq həyata keçirmək mümkün deyil (Müştərinin ASAN xidmətdən öz tarixcəsini çıxarıb göndərmək məsələsi istisna olmaqla. Reallıqda bunu 100 müştəridən 1 ya edir, yada etmir). Bu səbəbdən müştəri yenə banka gəlməyə məcburdur.

Onlayn kreditləşmənin inkişaf edə bilməsi üçün isə ilk növbədə elektron imza inkişaf etməlidir. Lakin bir çox əhalinin isə elektron imza haqqında məlumatı belə yoxdur.

Son xəbərlər
Digər xəbərlər